Cəmiyyət

Bakıda ağır avtobus qəzası: Qanunsuz sərnişindaşıma...

25 Dec 2025, 14:24 5 baxış
Bakıda ağır avtobus qəzası: Qanunsuz sərnişindaşıma...

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.


Bu barədə Axar.az-a AYNA-dan məlumat verilib.


Araşdırmalarla müəyyən edilib ki, "İsuzu" markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Mersedes" markalı mikroavtobusla toqquşub.


Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:


"Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".

Mənbə axar.az

Oxşar Xəbərlər