İqtisadiyyat
"Bakı Metropoliteni"ndə kabel xətlərinin yenilənməsinə 4 milyon manat xərclənəcək
"Bakı Metropoliteni" QSC-nin istismar müddətini başa vurmuş orta gərginlikli (6-10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montajı ilə bağlı satınalma prosesi yekunlaşıb. Oxu.Az xəbər verir ki, satınalmanın qalibi "Bakıelektro" ASC olub. Tenderin məbləği 3 milyon 951 min 9 manat 58 qəpik təşkil edir. Layihə çərçivəsində mövcud köhnə kabel xətlərinin sökülməsi və onların müasir, təhlükəsizlik tələblərinə cavab verən yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Mənbə
oxu.az