Cəmiyyət
Aleksandr Kalyaninovun anası: "Övladımın bütün arzuları yarımçıq qaldı"
"Hamı kimi oğlumun da arzuları var idi. Bütün insanların dilədiklərini Aleksandr da istəyirdi". Oxu.az-ın məlumatına görə, bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib. Ananın sözlərinə görə, oğlunun həyatla bağlı planları yarımçıq qalıb: "Ailə qurmaq, övladlarını böyütmək, normal bir həyat yaşamaq istəyirdi. Amma bütün arzuları yarımçıq qaldı". Samir Əli
Mənbə
oxu.az