Cəmiyyət

Körpü uçdu, kombayn kanala aşdı: ölən var

25 Dec 2025, 10:01 1 baxış
Körpü uçdu, kombayn kanala aşdı: ölən var

Sabirabadda kombayn kanala aşıb.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.


Kənd sakini 1988-ci il təvəllüdlü Nurlan Zəbulla oğlu Kərimov idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.


Nəticədə sürücü hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər