Cəmiyyət
Yurduna dönən 82 yaşlı Ağdam sakini: "Çox sevinirəm, bu günü yaşamaq xəyal kimi gəlir"
"Çox sevinirəm, bu günü yaşamaq xəyal kimi gəlir. Allah Prezidentimizin canını sağ eləsin, sevincimizin həddi-hüdudu yoxdur". Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam şəhərinə köç edən Xanım Əmir qızı Abbasova deyib. O bildirib ki, 82 yaşında doğma torpağına qayıdır: "Bu günü bizə yaşadan hər bir kəsə təşəkkür edirəm. Doğma yurd həsrətinə son qoydular". Məhərrəm Əliyev
Mənbə
oxu.az