Cəmiyyət
Hökumə Əliyevanın həyat yoldaşı: "Onlarla bütün dünya azərbaycanlıları fəxr edir"
"Onlarla təkcə Azərbaycan xalqı deyil, bütün dünya azərbaycanlıları fəxr edir". Oxu.Az-ın məlumatına görə, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib. O bildirib ki, Milli Qəhrəmanın ailəsi inanır ki, qəzaya səbəb olan cinayətkarlar ifşa olunacaq və məsuliyyətə cəlb olunacaqlar. Qeyd edək ki, ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli təyyarə təcili eniş zərurəti ilə əlaqədar Aktau şəhəri istiqamətinə yönəldilib və şəhərdən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə beş ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər isə sağ qalıb. Samir Əli
Mənbə
oxu.az