Cəmiyyət

Coşqun Nəsibli: "Hökumənin qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik"

25 Dec 2025, 09:54 1 baxış
Coşqun Nəsibli: "Hökumənin qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik"
"Bacımın qəhrəmanlığı ilə sona qədər fəxr edəcəyik. Biz onun fədakar olduğunu uşaqlıqdan bilirdik. Hökumə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər". Oxu.Az-ın məlumatına görə, bunu bu gün II Fəxri xiyabanda Milli qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib. O bildirib ki, bu, 200 ildən bir baş verən hadisədir: "Bacım həmişə qəhrəman olacağını deyirdi. Müasir dövrdə hamı Avropadan geyim, mədəniyyət öyrənir. Avropa da bizdən qəhrəmanlıq öyrənə bilər. Hökumə uşaqlıqdan, tələbəlikdən səbirli insan idi. Təyyarə qəzasında da o cür səbir nümayiş etdirdi, insanları təşvişə düşməyə səslədi və qəhrəmanlıqla həlak oldu". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər