Cəmiyyət

İqor Kşnyakinin qızı: "Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq"

25 Dec 2025, 10:02 1 baxış
İqor Kşnyakinin qızı: "Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq"
"Axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı. Bu, bizim ailənin adəti idi". Oxu.Az-ın məlumatına görə, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib. O bildirib ki, uçuş olmazdan bir gün əvvəl atası Qroznıya uçacağını bilirdi: "Buna görə də havaya baxıb dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Milad bayramını bizimlə qeyd etmək istəyirdi. Bu onun ən sevimli bayramı idi. Ancaq o gəlmədi". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər