Cəmiyyət

Bakıda 2 nəfər dəm qazından öldü

25 Dec 2025, 09:22 1 baxış
Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.


Axar.az xəbər verir ki, Yasamal rayonu, Ü.Əkbərov küçəsində kirayə yaşayan Faiq Yusif oğlu Muradov evin həyətində yerləşən hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.


Bundan başqa, Xəzər rayonu, Binə qəsəbəsi, Qardaşxan küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Xəyalə Asif qızı Qasımova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər