İqtisadiyyat

Azərbaycandan xırnik alan ölkələrin adları məlum oldu

24 Dec 2025, 15:26 1 baxış
Azərbaycandan xırnik alan ölkələrin adları məlum oldu
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici bazarlara 107.7 milyon dollar dəyərində 145.8 min tondan çox xırnik ixrac edilib. Oxu.Az rəsmi sənədlərə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xırniyin ixrac dəyəri 24.5%, həcmi isə 21.2% artıb. Cari ilin 10 ayı ərzində Azərbaycandan xırnik alan ölkələrin arasında Rusiya liderlik edir. Belə ki, 10 ayda Rusiyaya 46 milyon 210 min dollar dəyərində 65 574 ton xırnik göndərilib. Ukraynaya 6 338 ton xırnik satılıb, 4 milyon 892 min manat gəlir əldə edilib. Azərbaycandan xırnik alan ölkələr arasında Belarus, Qazaxıstan, Moldova, BƏƏ, Türkiyə və Estoniya da yer alıb. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər