İqtisadiyyat
Füzulidə su xətləri və kollektorların tikintisi üzrə 12 milyon manatlıq tender keçirildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Füzuli şəhərinin magistral su xətləri, tullantı və yağış kollektorlarının tikintisi üzrə tenderə yekun vurub. Oxu.Az xəbər verir ki, 12 milyon manatdan çox (12 041 000.25 AZN) məbləğdə tenderin qalibi "Protean Construction" ASC olub. Tender çərçivəsində layihə üzrə polietilen (PE) dirsəklər, metal su axıdıcı sistemlər, zəif təzyiqli polietilen borular və novların düzəldilməsi işləri həyata keçiriləcək. Elmidar Əliyev
Mənbə
oxu.az