İqtisadiyyat

Bakıda "Suveren Azərbaycan - Biznesdə yeni cığır" mövzusunda konfrans keçirilir

24 Dec 2025, 11:08 1 baxış
Bakıda "Suveren Azərbaycan - Biznesdə yeni cığır" mövzusunda konfrans keçirilir
Bakıda Türkiyə və Azərbaycanın rəsmi qurumlarının birgə iştirakı ilə "Suveren Azərbaycan - Biznesdə yeni cığır" mövzusunda konfrans keçirilir. Oxu.Az xəbər verir ki, konfransda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, müxtəlif dövlət və özəl qurumların, ictimai birliklərin nümayəndələri, millət vəkilləri iştirak edirlər. Tədbirdə "Suverenliyin bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə yeni biznes və investisiya imkanları" və "Qarabağın yenidən qurulması, bərpası istiqamətində fəaliyyətlər və sosialyönümlü layihələr" mövzusunda panel sessiyalar keçiriləcək. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər