İqtisadiyyat
Qızılın qiyməti tarixi maksimumu yenilədi
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 550 dolları ötərək, tarixi maksimumu yeniləyib. Oxu.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir. Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 5:23-də 1.88% artaraq, bir trua unsiyası üçün 4 553.4 dollar təşkil edib. Bakı vaxtı ilə saat 6:15-də isə qızılın qiyməti 1.58% azalaraq, 4 540 dollar səviyyəsində qərarlaşıb. Eyni zamanda, 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti trua unsiyası üçün 72.325 dollara (+5.48%) yüksəlib.
Mənbə
oxu.az