İqtisadiyyat
Yanvarın 28-də torpaq hərracı təşkil olunacaq: İlkin qiymətlər
2026-cı il yanvarın 28-də Azərbaycanın müxtəlif rayonlarında torpaq sahələrinin satışı və icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil olunacaq. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, satış və icarəyə çıxarılan torpaqlar fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıq və kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə istifadə üçün nəzərdə tutulub. Xızı, Gəncə, Göygöl, Qusar və Yardımlı rayonlarında müxtəlif sahələrdə torpaqlar təklif ediləcək. Torpaq sahələrinin ölçüləri 120 kv.m-dən beş hektara qədər dəyişir, hərraclarda və müsabiqələrdə ilkin qiymətlər - icarədə 275, satışda isə 1500 manat ilə müvafiq olaraq 275-104 170 manat arasında müəyyən olunub. Daha ətraflı məlumatla buradan tanış ola bilərsiz. Elmidar Əliyev
Mənbə
oxu.az