İqtisadiyyat
İqtisad Universiteti 1,7 milyon manatlıq tender keçirdi
Azərbaycan Dövlət İqtisad Universiteti İT infrastrukturunun gücləndirilməsi məqsədilə keçirdiyi tenderə yekun vurub. Oxu.Az xəbər verir ki, 1 milyon 690 min 948 manat məbləğində olan tenderin qalibi "Ultra Technologies" MMC olub. Satınalma çərçivəsində universitet üçün ehtiyat məlumat saxlama sistemi, onun texniki dəstəyi, quraşdırma və sazlama işləri, şəbəkə kommutatorları, onların lisenziyaları və şəbəkəyə giriş-çıxış nəzarəti üçün proqram təminatı təmin olunacaq. Elmidar Əliyev
Mənbə
oxu.az