İqtisadiyyat

SOCAR Türkiyədə elektrik stansiyasının satın alması ilə bağlı saziş imzalayıb

23 Dec 2025, 11:36 1 baxış
SOCAR Türkiyədə elektrik stansiyasının satın alması ilə bağlı saziş imzalayıb
Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən "Gama Enerji İç Anadolu" elektrik stansiyasını satın alması ilə bağlı saziş imzalayıb. Oxu.Az xəbər verir ki, saziş II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb. Razılaşmaya əsasən, gücü 870 MVt olan elektrik stansiyasının 100% payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir. Qeyd olunur ki, bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər