İqtisadiyyat

Türkiyənin ticarət naziri : "Azərbaycandan idxalımız son səkkiz ildə 4,1 dəfə artıb"

23 Dec 2025, 11:48 1 baxış
Türkiyənin ticarət naziri : "Azərbaycandan idxalımız son səkkiz ildə 4,1 dəfə artıb"
"Türkiyədən Azərbaycan­a ixracımız son 8 il ərzində 2.2 dəfə artıb. Azərbaycan­dan idxalımız da həmin dövr ərzində 4.1 dəfə yüksəlib". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib: "Bu çərçivədə ticarət dövriyyəmiz 2024-cü ildə təxminən 8 milyard ABŞ dolları səviyyəsində reallaşıb. Ticarətimizdəki artım meylinin qorunaraq daha yüksək rəqəmlərə çatması baxımından 2021-ci ildə qüvvəyə minən ölkələrimiz arasındakı Preferensial Ticarət Sazişi də olduqca mühüm rol oynayır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər