İqtisadiyyat

Azərbaycanla Türkiyənin qarşılıqlı investisiyalarının ümumi həcmi 39 milyard ABŞ dolları olub

23 Dec 2025, 10:56 1 baxış
Azərbaycanla Türkiyənin qarşılıqlı investisiyalarının ümumi həcmi 39 milyard ABŞ dolları olub
"Ölkəmizin iqtisadi rekordları ilə yanaşı, qardaş Azərbaycan Respublikasının da oxşar bir uğur nümayiş sərgilədiyini görürük. Azərbaycan 2024-cü ildə illik 4.1 faiz artım göstəricisi ilə ortaya qoyduğu rəqəm sayəsində regionun ən mühüm ölkələri sırasında yer almaqdadır. Bu istiqamətdə Azərbaycan ilə ikitərəfli ticarətimiz 2024-cü ildə təxminən səkkiz milyard ABŞ dolları səviyyəsinə çatıb". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib. Vitse-prezident deyib ki, ikitərəfli ticarətimizi dövlət başçılarımızın müəyyənləşdirdiyi 15 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək ən mühüm və prioritet hədəfdir: "Hədəflərimizə çatmaq yolunda Azərbaycan ilə Preferensial Ticarət Sazişimizi genişləndirərək 2024-cü ildə qüvvəyə minməsini təmin etdik. Bu addımla birlikdə ikitərəfli ticarətimizi daha da irəli aparacağımıza inanırıq". "Bununla yanaşı, ölkələrimiz arasında Azad Ticarət Sazişinin imzalanması imkanlarını araşdırmaq məqsədilə təmaslara başlamışıq. Bu prosesi qısa müddətdə başa çatdırmaq üçün işlərimiz sürətlə davam edir. İş adamlarımızın daha asan və əlverişli şəkildə əməkdaşlıq əlaqələrini inkişaf etdirməsi üçün Azərbaycan ilə iş birliyimiz artaraq davam edəcək. Azərbaycan ilə qarşılıqlı investisiyalarımızın ümumi həcminin 39 milyard ABŞ dolları səviyyəsinə çatması məmnunluq doğurur. Bu məbləğin 18 milyard ABŞ dolları Azərbaycandakı investisiyalarımıza, təxminən 21 milyard ABŞ dolları isə Azərbaycanın ölkəmizdəki investisiyalarına aiddir. İnvestisiyaların qarşılıqlı şəkildə artırılması iki ölkə iqtisadiyyatına birbaşa töhfə verən ən önəmli alətlərimizdən biridir". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər