İqtisadiyyat

Gümüşün qiyməti 70 dollar həddini keçdi

23 Dec 2025, 08:50 1 baxış
Gümüşün qiyməti 70 dollar həddini keçdi
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir troya unsiyası üçün70 dolları ötərək, tarixi maksimumu yeniləyib. Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir. Məlumata görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 07:00-da 3.77% artaraq, bir troya unsiyasına görə 70.035 dollar təşkil edib. Bakı vaxtı ilə saat 07:20-də isə gümüşün qiyməti 69.845 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər