Maraqlı
Yuxusuzluqla mübarizədə ağlagəlməz ÜSUL
Mütəxəssislər qaranlıqda və ya zəif işıqlandırmada duş qəbul etməyin yuxusuzluqla mübarizədə faydalı ola biləcəyini müəyyən ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Yuxu təbabəti üzrə məsləhətçi Elli Har və həkim-somnoloq Kler Rumsun sözlərinə görə, sosial şəbəkə istifadəçilərinin bir çoxu qaranlıqda və ya zəif işıqda duş qəbul etməyin onların daha rahat yuxuya getməsinə kömək etdiyini qeyd ediblər. Elli Har bildirib ki, ilıq su bədən temperaturunun azalmasına səbəb olur və bu da orqanizm üçün yatmaq vaxtının çatdığına dair mühüm siqnal rolunu oynayır. Bundan əlavə, mütəxəssis zəif işıqlandırmanın da yuxu keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, zəif işıq bədəni istirahət rejiminə keçirir və melatonin hormonunun ifrazını artırır. Kler Rums isə qeyd edib ki, qaranlıqda duş qəbul etmək ciddi yuxu pozğunluqlarını tam aradan qaldırmaya bilər, lakin yuxusuzluq zamanı rahatladıcı və köməkçi üsul kimi faydalı ola bilər.
Mənbə
oxu.az