İqtisadiyyat

Azərbaycan xarici ölkələrə neçə ton kornişon ixrac edib?

22 Dec 2025, 19:24 1 baxış
Azərbaycan xarici ölkələrə neçə ton kornişon ixrac edib?
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 1828.3 ton xiyar (xiyar və kornişonlar, təzə və ya soyudulmuş) ixrac edib. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, xiyar əsasən Rusiya bazarına göndərilib. Qeyd edilən dövrdə RF-ya 1712.2 ton, Ukraynaya 38.2 ton və Gürcüstana 76.6 ton xiyar ixrac olunub. Eyni dövrdə Azərbaycana xiyar idxalı da həyata keçirilib. Ölkəyə ümumilikdə 2 min 151.39 ton xiyar gətirilib. İdxalın əsas hissəsi İranın payına düşür - 2 min 150.74 ton. Türkmənistandan isə cəmi 640 kiloqram xiyar alınıb. Ötən ilin müvafiq dövründə isə 1885.31 ton xiyar ixrac edilib, 2571.32 ton xiyar isə idxal olunub. Qeyd edək ki, 2025-ci ilin 10 ayında Azərbaycan xiyar ixracından 1.6 milyon dollar qazandığı halda, idxala təxminən 1.2 milyon dollar xərcləyib. Ötən il isə rəqəmlər müvafiq olaraq belə olub: İxrac - 2 milyon dollar, idxal 1.4 milyon dollar. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər