İqtisadiyyat
Şagirdlərin daşınması ilə bağlı 4,7 milyon manatlıq müqavilə bağlandı
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb. Oxu.Az xəbər verir ki, satınalma "Qala Express" MMC ilə həyata keçirilib. Satınalmanın ümumi məbləği 4 milyon 735 min 96 manat 98 qəpik təşkil edir. Müqavilə bir mənbə satınalma metodu ilə reallaşdırılıb. Satınalmanın şərtləri açıqlanmayıb.
Mənbə
oxu.az