Digər

Rusiyanın daha iki qırıcısı məhv edildi - Video

22 Dec 2025, 11:16 1 baxış
Rusiyanın daha iki qırıcısı məhv edildi - Video

Lipetsk hərbi aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 və Su-27 qırıcıları məhv edilib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.


“Bir neçə həftədir hazırlanan diversiya əməliyyatı nəticəsində hər iki təyyarə anqarda olarkən yandırılıb”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, bundan öncə Belbek aerodromunda 2 ədəd Su-27 qırıcısı məhv edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər