Digər
Moskvada generalın olduğu avtomobil partladıldı - Foto
Moskvanın cənubunda generalın olduğu avtomobildə partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, avtomobildə Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarov olub.
Bildirilib ki, general özünün “Kia Sorento” markalı avtomobilinə əyləşən zaman partlayış baş verib. Partlayış nəticəsində ağır xəsarətlər alan general xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, partlayış sürücünün oturacağının altına yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az