Digər

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ

22 Dec 2025, 09:32 1 baxış
Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
Pirəkəşkül və Ağdərədə dekabrın 22-dən 26-na qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər