Maraqlı
Yeni il süfrəsində nə qədər "Olivye" yemək olar? - Mütəxəssis cavablandırdı
"Olivye" salatının bir porsiyası 200 qramdan çox olmamalıdır. Lakin salatın qəbulu 5-6 saata uzanarsa, bu miqdarı artırmaq olar". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu tibb elmləri namizədi, qastroenteroloq və hepatoloq Sergey Vyalov bildirib. "Birdəfəyə tövsiyə olunan porsiya 150-200 qramdır, bu da təxminən 4-5 xörək qaşığı deməkdir. Bu miqdar məhsulun dadından zövq almağa imkan verir və orqanizmi fəlakətli dərəcədə yükləmir", - deyə Vyalov qeyd edib. Həkimin sözlərinə görə, əgər "Olivye" yavaş-yavaş və digər yeməklərlə birlikdə yeyilərsə, porsiyanı 100 qram artırmaq olar. "Yeni il gecəsi 4-6 saat ərzində 250-300 qram yemək olar, bir şərtlə ki, bunu birdəfəyə deyil, böyük fasilələrlə, bir neçə "yanaşma"da yeyəsiniz", - deyə o vurğulayıb. Qastroenteroloqun sözlərinə görə, bu miqdar başqa yeməklər də qəbul edildiyi halda keçərlidir. Əgər şam yeməyi yalnız "Olivye" və "Şuba" salatından ibarətdirsə, porsiyanı azaltmaq lazımdır.
Mənbə
oxu.az