Digər
Zelenski vilayətlərdə kadr dəyişikliyi edəcək
Ukrayna Prezidenti Vladimir Zelensky regional administrasiyalarda kadr dəyişikliklərinin olacağını elan edib.
Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında vətəndaşlara axşam müraciətində deyib.
"Gələn həftə dəyişdirilməli olan bəzi yerli administrasiya rəhbərləri ilə bağlı məruzələri də gözləyirik", - deyə o bildirib.
Zelenski həmçinin yeni sanksiya qərarlarını da açıqlasa da, əlavə məlumat verməyib.
Mənbə
axar.az