Digər

Ağ Ev bu məhsullara tarifləri ləğv edə bilər

22 Dec 2025, 00:04 1 baxış
Ağ Ev bu məhsullara tarifləri ləğv edə bilər

Vaşinqton administrasiyası ABŞ-da istehsal edilməyəcək xarici məhsullara tətbiq olunan tarifləri aradan qaldırmağa hazırdır.


Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset CBS telekanalına açıqlamasında bildirib.


O qeyd edib ki, ABŞ tarifləri bəzən tənzimlənə bilər, məsələn, qəhvə artıq ABŞ tariflərindən çıxarılıb, çünki ölkədə qəhvə istehsalı kifayət qədər deyil. Hasset əlavə edib ki, ABŞ-da istehsal olunmayan digər məhsullar üçün də istisna halları tətbiq oluna bilər. Bu məsələ ilə bağlı ABŞ-ın ticarət nümayəndəsi Ceymison Grier artıq iş aparır.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə məhsullar üzrə gömrük tariflərini tətbiq etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər