İqtisadiyyat

Azərbaycanda akvakultura təsərrüfatlarının sayı açıqlandı

19 Dec 2025, 14:16 1 baxış
Azərbaycanda akvakultura təsərrüfatlarının sayı açıqlandı
"2024-cü ilin sonuna qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 78 akvakultura təsərrüfatı olub. Bu ilin dekabr ayına qədər dörd təsərrüfatı qeydə alıb. İlin sonuna qədər daha altı təsərrüfatın qeydiyyata alınması, onların ümumi sayının 88 olması nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin sədri Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalara əsasən, ölkədə 600-ə qədər orta və irihəcmli balıqyetişdirmə təsərrüfatı var: "Həmin təsərrüfatların ilkin uçotunun aparılması davam etdirilir. Qeydə alınmış akvakultura təsərrüfatlarında damazlıq balıq sürülərinin keyfiyyətinin və sayının müəyyən edilmiş göstəricilər üzrə kompleks qiymətləndirilməsi məqsədilə Bonitirovka tədbiri 10 təsərrüfatda aparılıb (ilin sonuna qalan dörd təsərrüfatda aparılacaq). Akvakultura təsərrüfatlarında bonitirovkanın aparılmasında məqsəd ilk növbədə törədici fondunun öyrənilməsi, nəsli kəsilməkdə olan növlərin (nərəkimilərin və qızılbalıqkimilərin) və onlardan alınan məhsulların (ət və kürünün) dövriyyəsinə və ticarətinə nəzarətin təşkilində iştirak etməkdir. Bu tədbir balıq ehtiyatlarının dəyəri və gələcək istifadəyə yararlılığı üzrə təsnifatını təmin edir". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər