İqtisadiyyat
Qeyri-neft məhsullarının ixracında Rusiya və Türkiyə liderliyini qoruyurlar
2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard 317 milyon 33.79 min ABŞ dolları təşkil edib. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkə Rusiya olub. Bu ölkəyə ixracın həcmi 1 milyard 78 milyon 687.47 min ABŞ dolları təşkil edib ki, bu da ümumi qeyri-neft ixracının 32.52 faizinə bərabərdir. Türkiyə isə 546 milyon 138.92 min ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb və ümumi ixracda payı 16.46 faiz olub. Bu dövrdə ixracın əsas hissəsi bir neçə ölkənin payına düşüb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard 90 milyon 619.14 min dollar olub. Həmin dövrdə də əsas ixrac bazarı Rusiya idi. Bu ölkəyə ixrac 1 milyard 67 milyon 906.86 min ABŞ dolları təşkil etmiş və ümumi ixracın 34.55 faizini formalaşdırmışdı. Türkiyəyə ixrac isə 507 milyon 130.85 min ABŞ dolları olub və payı 16.41 faiz səviyyəsində qeydə alınmışdı.
Göstəricilərdən göründüyü kimi, 2025-ci ildə qeyri-neft ixracının ümumi həcmi artsa da, Rusiya bazarının payında nisbi azalma, Türkiyə bazarında isə cüzi artım müşahidə olunur. Elmidar Əliyev

Mənbə
oxu.az