Maraqlı

Xızı şəhərində yerləşən 1836-cı ilə aid qədim hamamdan REPORTAJ

18 Dec 2025, 14:30 1 baxış
Xızı şəhərində yerləşən 1836-cı ilə aid qədim hamamdan REPORTAJ
Xızı şəhərində, "Köhnə Xızı" adlanan yaşayış məntəqəsində yerləşən hamamın 1836-cı ildə Əbdül adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, tikili Şərq memarlıq üslubunda, Abşeron hamamlarına oxşar formada çay daşları, qum və gil məhlulundan istifadə edilməklə inşa olunub. Hamam su qızdırıcı soba, isti və soyuq su anbarı, çimmək üçün otaq, istirahət otağı və geyinib-soyunma otaqlarından ibarətdir. Hamamın günbəz hissələrində müxtəlif bəzək elementlərinə rast gəlinir. Abidənin dövlət qeydiyyatına alınması üçün ekspertiza aktı hazırlansa da, tikili hazırda baxımsız vəziyyətdədir. Xızı şəhərində yerləşən 1836-cı ilə aid qədim hamamdan fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər