Digər
ABŞ 900 milyardlıq müdafiə büdcəsini təsdiqlədi
ABŞ Konqresi 2026-cı il müdafiə büdcəsi layihəsini təsdiqləyib.
Axar.az xəbər verir ki, sənədi 77 senator dəstəkləyib, 20 senator isə əleyhinə səs verib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Tramp sənədi imzalamalıdır.
Qeyd edək ki, qanun layihəsinə əsasən, 2026-cı il üçün müdafiə büdcəsi 900 milyard dollar təşkil edəcək. Qanun layihəsində Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım nəzərdə tutulur.
Mənbə
axar.az