Digər

Ukrayna ilə Almaniya arasında 1,2 milyardlıq razılaşma

17 Dec 2025, 19:55 1 baxış
Ukrayna ilə Almaniya arasında 1,2 milyardlıq razılaşma

Ukrayna ilə Almaniya arasında dəyəri 1,2 milyard avrodan çox olan bir sıra yeni razılaşmalar imzalanıb.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Teleqram hesabında bildirib.


Şmıqal qeyd edib ki, müqavilə "Patriot" sistemləri üçün ehtiyat hissələrinin uzunmüddətli tədarükünə, mövcud komplekslərin daha sürətli təmiri, modernləşdirilməsi və bərpasına imkan verəcək.


Bundan əlavə, 200 milyon avro məbləğində Ukrayna istehsalı PUA-ların alınması və 200 ədəd "Boqdan" özüyeriyən artilleriya qurğusunun yeni Zetros şassisi üzərində istehsalı üzrə ümumi dəyəri 750 milyon avro olan layihə razılaşdırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər