Digər

İRİA rəsmisi: "Startaplara cari ildə 760 min dollar investisiya yönəldilib"

17 Dec 2025, 18:02 1 baxış
İRİA rəsmisi: "Startaplara cari ildə 760 min dollar investisiya yönəldilib"
"Bu il Azərbaycanda 45 texnopark rezidenti qeydiyyata alınıb. Agentliyin dəstək verdiyi vençur fondları və proqramlar nəticəsində startaplara 760 min ABŞ dolları məbləğində investisiya olunub". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "İDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib. O bildirib ki, 40 startap üzrə dəstək proqramı, yəni inkubasiya, akselerasiya və hakatonlar keçirilib: "500-dən çox startap dəstəklənib. Mentorluq proqramları çərçivəsində 300-dən artıq icma tədbiri keçirilib və bu tədbirlərdə 14 min şəxs iştirak edib. 5 universitetdə startap proqramları agentlik tərəfindən həyata keçirilib. "Global İnnovation İnstitute" tərəfindən 45 beynəlxalq sertifikat təqdim edilib. 98 startap mentoru yetişdirilib. 6 innovasiya mərkəzimiz fəaliyyət göstərir. 5000-dən çox müəllif müxtəlif proqramlara öz ideyalarını göndərib və 6 qlobal oyunçu ilə agentlik tərəfindən birgə proqramlar həyata keçirilib". T.Kərimli vurğulayıb ki, agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5436 müraciət daxil olub: "Bunlardan 1860 nəfər proqramlarda iştirak edib və bu proseslər nəticəsində 478 startap formalaşıb. Ümumilikdə agentliyin fəaliyyətini 5 əsas sütun (pillar) üzrə qruplaşdırırıq və bunlar üzrə müxtəlif fəaliyyətlər həyata keçiririk: -İnfrastruktur və qanunvericilik; -Maliyyə əlçatanlığı; -Bazar əlçatanlığı; - İstedadların inkişafı; -İnnovasiya mədəniyyətinin yaradılması. Qeyd edək ki, "İDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər