Makrondan Çinlə bağlı Avropaya xəbərdarlıq...
Avropa Birliyi (AB) Çinlə ticarət disbalansını daxili islahatlar və Pekinlə əməkdaşlıq yolu ilə həll etməlidir.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Britaniyanın “Faynənşl Tayms” qəzeti üçün yazdığı məqalədə qeyd edib.
"Çinin dünyanın qalan hissəsi ilə ticarət profisiti hazırda heyrətamiz məbləğə - bir trilyon dollara çatıb. Onun AB ilə profisiti 10 ildə təxminən ikiqat artıb və 300 milyard avro təşkil edir. ABŞ tarifləri və ləng daxili tələbatın birləşməsi Çin ixracatının artıq Avropaya axın etməsi deməkdir. Bu, həm Avropa, həm də Çin üçün davamlı deyil", - deyə Makron yazıb.
O, Çin mallarına tarif və ya kvota tətbiq etmək ehtimalını rədd edərək, belə bir addımı "qarşıdurma reaksiyası" adlandırıb, bu istiqamətdə davam etməyin "ciddi ticarət mübahisəsinə" səbəb olacağı barədə xəbərdarlıq edib.