Digər
Bu ölkə vətəndaşları ABŞ-a gedə bilməz - Qadağa
ABŞ yeddi ölkənin - Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına tam giriş qadağası tətbiq edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Bəyanatda qeyd olunur ki, əvvəllər Laos və Syerra-Leoneyə qismən məhdudiyyətlər tətbiq edilmişdi, lakin indi bu ölkələrin vətəndaşlarının ABŞ-a girişi tamamilə qadağan ediləcək.
Qeyd edə ki, noyabrın sonunda ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-a miqrant axınının qarşısını almaq niyyətində olduğunu açıqlamışdı.
Mənbə
axar.az