Digər
Ruslar Serebryankanı işğal etdi, Severskə doğru irəlilədi
Rus ordusu Donetsk vilayətindəki Serebryanka kəndini işğal edib.
Axar.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb.
Bundan əlavə, Rusiya qüvvələrinin altı yaşayış məntəqəsinin yaxınlığında irəlilədiyi bildirilir. Xüsusilə, ruslar Donetsk vilayətinin Seversk şəhərinə doğru irəliləyiblər.
Qeyd olunub ki, bu məlumatın rəsmi təsdiqi hələlik yoxdur.
Mənbə
axar.az