Siyasət

Kafedə partlayış oldu: 2 ölü, 11 yaralı

13 Dec 2025, 09:09 2 baxış
Kafedə partlayış oldu: 2 ölü, 11 yaralı

Qazaxıstanın Qaraqanda şəhərinin Şetski rayonunda kafedə partlayış baş verib.


Axar.az xəbər verir ki, məlumatı Qazaxıstan mediası yayıb.


Hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb.


Bildirilib ki, qaz balonunun partlaması nəticəsində kafedə yanğın baş verib və təxminən 200 kvadrat metrlik ərazidə dam örtüyü və tavan çöküb.


Yanğın yanğınsöndürən briqadaları tərəfindən söndürülüb və hadisə yerində araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər