Siyasət

Rusiyanın azərbaycanlılara qarşı qərəzi: "Prosesə ermənilər cəlb olunublar"

12 Dec 2025, 21:48 1 baxış
Rusiyanın azərbaycanlılara qarşı qərəzi: "Prosesə ermənilər cəlb olunublar"
"Rusiyada Azərbaycan diasporuna qarşı total hücumların baş verməsindən bir neçə ay keçməsinə baxmayaraq, hələ də diaspor nümayəndələrinin bir qismi həbsdə saxlanılır və barələrində aparılan cinayət işlərinin gedişi ilə bağlı məlumatlar kifayət qədər deyil". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, Rusiya hüquq-mühafizə orqanlarının tərkibində kifayət qədər erməniəsilli şəxslər var və onlar bu prosesə cəlb olunublar: "Bu yolverilməzdir. Məlum olub ki, Şahin Şıxlinskinin cinayət işini aparan şəxslərdən biri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməniəsilli Karapetyandır. Həmçinin 2025-ci il iyulun 1-də baş vermiş hadisələr zamanı azərbaycanlılara qarşı ifadə verən şəxslər arasında Rusiya Daxili İşlər Nazirliyinin başqa bir erməniəsilli əməkdaşı da olub. Ermənilərin bu prosesə cəlb edilməsi onu deməyə əsas verir ki, baş verənlər bilərəkdən təşkil olunub. Onlar məqsədli şəkildə azərbaycanlılara qarşı daha sərt mövqe nümayiş etdirir və həmvətənlərimizin həbs olunması üçün bütün imkanlardan istifadə edirlər. Qeyd etmək yerinə düşər ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra iki ölkə arasındakı münasibətlər daha da kəskinləşmişdi. Lakin sonradan Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevdən üzr istəməsi və istintaqın obyektiv aparılacağına dair verdiyi vəd münasibətlərin qismən yumşalmasına səbəb olmuşdu". Vüqar İsgəndərov vurğulayıb ki, Rusiya hökuməti azərbaycanlılarla bağlı məsələləri ciddi nəzarətə götürməlidir: "Rusiyanın hüquq-mühafizə orqanlarında iki ölkə arasında münasibətlərə xələl gətirmək istəyən şəxslərin mövcud olduğunu görürük. Daha təhlükəli məqam isə azərbaycanlılara qarşı zorakılıq və qurama cinayət işləri hazırlayan şəxslərin erməniəsilli olması faktıdır. Burada üçüncü tərəflərin maraqlarının olduğu da açıq şəkildə görünür. Biz buna qəti etiraz edirik. Erməniəsilli şəxslər dərhal bu prosesdən kənarlaşdırılmalı və məsələ obyektiv şəkildə həllini tapmalıdır. Eyni zamanda, azərbaycanlılara qarşı zorakılıq və qanunsuz hərəkətlərə yol verən şəxslər mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Rusiya rəhbərliyi məsələyə təcili müdaxilə etməli, prosesdə şəxsi və siyasi maraqları olan şəxslər isə uzaqlaşdırılmalıdır. Azərbaycan dövlətinin bu məsələyə dair mövqeyi qətidir". Məlik Məlikov
Rusiyanın azərbaycanlılara qarşı qərəzi: "Prosesə ermənilər cəlb olunublar"
Mənbə oxu.az

Oxşar Xəbərlər