Maraqlı
XI əsrə aid olan əzəmətli Gəncə qapılarından REPORTAJ
Gəncə qapıları Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, IX-XI əsrlərdə Azərbaycan ərazisinə qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirir. Bu səbəbdən Gəncə qapıları hazırlanaraq ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunur. Qapılar 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılır və hazırda bir tayı Gelati monastırında saxlanılır. Akademik Rafael Əhmədov 2000-ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə qapılarının qalıqlarını tapıb. 2008-ci ildə isə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib və şəhərin girişində qurulub. XI əsrə aid olan Gəncə qapıları barədə fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az