Siyasət

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

08 Dec 2025, 14:13 1 baxış
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.


Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.


Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub.


Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər