Siyasət
Ceyhun Bayramov: "Biz 2024-cü ildəki təklifimizə sadiqik"
"Azərbaycanla Ermənistan arasındakı görüşlərin formatı önəmlidir. Ancaq hər bir görüş bütün region ölkələrinin rifahı naminə yüksək səviyyədə hazırlanmalıdır". Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz 2024-cü ildəki təklifimizə sadiqik. Təklif etmişik ki, tərəflər arasında birinci görüş Azərbaycanda, növbəti görüş isə İrəvanda keçirilsin". Mərahim Nəsib
Mənbə
oxu.az