Siyasət

Azərbaycanlı fotoqraf buna görə intihar etdi

08 Dec 2025, 13:12 1 baxış
Azərbaycanlı fotoqraf buna görə intihar etdi

39 yaşlı fotoqraf Eltac Zeynalovun intihar etməsinin səbəbi açıqlanıb.


Fotoqrafın əmisi oğlu Səbuhi Zeynalov Axar.az-a açıqlamasında bildirib ki, Eltac Zeynalov 2-ci qrup əlil idi.


“Onun ayağında dəhşətli ağrılar var idi. 17 ildir bu ağrılarla yaşayırdı. Artıq bu ağrılara dözə bilmədi”, - o, intiharın səbəbi haqda danışarkən bildirib.


Qeyd edək ki, Eltac Zeynalov dekabrın 6-da dənizdə boğularaq ölüb. Eltac fiziki məhdudiyyətli insanlarla könüllü iş və təlim, seminarlar təşkil edir və bu mövzu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər