Siyasət

Azərbaycanlı professor: "Dilimizdə rəsmi üslub pis gündədir"

08 Dec 2025, 12:48 1 baxış
Azərbaycanlı professor: "Dilimizdə rəsmi üslub pis gündədir"
"Azərbaycan dilində rəsmi üslub pis gündədir". Oxu.Az xəbər verir ki, bu fikirləri Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib. O bildirib ki, buna bir çox nümunələr göstərmək olar: "Hesab edirəm ki, rəsmi üslub məsələsinə yenidən baxılmalıdır. Məsələn, "yazıb sizə bildirərəm ki...". Bu kimi ifadələr nə dərəcədə doğrudur?" Həmçinin, o vurğulayıb ki, Azərbaycan dilinin tərcümə alqoritmləri yaradılmalıdır: "Yaxşı olardı ki, xarici dillərdən sözlər götürmək əvəzinə türk xalqlarının sözlərindən istifadə edək. Qeyd edim ki, Azərbaycan dilinin tarixi yeni əsaslarla hazırlanmalıdır. Birinci cildini hazırlamışıq. Hazırda əlimizdə 220 min işlək söz var. Dilimizə yalnız alternativi olmayan sözlər əlavə edilməlidir". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər