Siyasət

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərləndi

08 Dec 2025, 11:28 1 baxış
Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərləndi

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.


1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.


T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər