Siyasət

YAŞAT Fondundan bu vaxtadək 93 milyon manatdan çox vəsait xərclənib

08 Dec 2025, 10:46 1 baxış
YAŞAT Fondundan bu vaxtadək 93 milyon manatdan çox vəsait xərclənib
"Yarandığı vaxtdan bu günədək YAŞAT Fondunun büdcəsindən 93 milyon 622 min 394 manat vəsait xərclənib". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri YAŞAT Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib. O bildirib ki, bu günədək 18 min 566 şəxsin 93 min 897 müraciəti təmin edilib: "Məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 42 milyon 246 min 250 manat xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla ümumilikdə 12 min 606 müraciət təmin edilib". Qeyd edək ki, YAŞAT Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər