Siyasət

Agentlik rəsmisi: "İcbari tibbi sığortaya müraciətlər artıb, 86 milyondan çox xidmət göstərilib"

08 Dec 2025, 10:58 1 baxış
Agentlik rəsmisi: "İcbari tibbi sığortaya müraciətlər artıb, 86 milyondan çox xidmət göstərilib"
"Bu il icbari tibbi sığortaya müraciətlər artıb". Oxu.Az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də bildirib. Onun sözlərinə görə, bu il 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox xidmət göstərilib: "Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir". Tədbirdə icbari tibbi sığorta çərçivəsində ölkədə ən çox icra olunan əməliyyatların adları açıqlanıb. Bildirib ki, 2025-ci ilin ilk 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub: "Dövlət tibb müəssisələrində ən çox icra olunan xidmətlər əsasən uroloji, təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatları olub. Əməliyyatların böyük hissəsinin aparıldığı aparıcı tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası yer alır". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər