Şou biznes
Cennifer Lopesin 79 yaşlı anasının şəklini paylaşması maraqla qarşılanıb
Dünya şöhrətli müğənni Cennifer Lopes sosial şəbəkə hesabında 79 yaşlı anasının şəklini yayıb. Oxu.Az xəbər verir ki, 56 yaşlı Lopes anasının fotoşəkilini "Lupinator repetisiyaya gələndə..." sözləri ilə paylaşıb. Müğənninin anası Qvadalupe Rodrigesin bu yaşda effektiv görünməsi izləyicilərin diqqətindən yayınmayıb. Qeyd edək ki, Rodriges Puerto-Rikoda anadan olub, sonradan Nyu-Yorka köçüb. 20 yaşında evlənib, 25 yaşında isə artıq üç qız anası olub.
Mənbə
oxu.az