Dünya

"Formula-1": "McLaren" ardıcıl ikinci dəfə mühəndislər kubokunu qazandı

07 Dec 2025, 20:30 1 baxış
"Formula-1": "McLaren" ardıcıl ikinci dəfə mühəndislər kubokunu qazandı
"Formula-1"də 2025-ci il mövsümü başa çatıb. Oxu.Az xəbər verir ki, mühəndislər kubokunu "McLaren" komandası qazanıb. İlin yekunlarına əsasən, komandaların yarışında sıralama aşağıdakı kimi olub: 1. "McLaren" - 833 xal 2. "Mercedes" - 469 3. "Red Bull" - 451 4. "Ferrari" - 398 5. "Williams" - 137 6. "Racing Bulls" - 92 7. "Aston Martin" - 89 8. "Haas" - 79 9. "Kick-Sauber" - 70 10. "Alpine" - 22. Qeyd edək ki, Britaniya komandası ardıcıl ikinci mövsümdür ki, öz uğurunu təkrarlayıb. 2024-cü ildəki qələbəsindən öncə "McLaren" sonuncu dəfə 1998-ci ildə mühəndislər kubokunu qazanıb. Xatırladaq ki, gələn il yeni texniki qaydalar qüvvəyə minir və çempionatda 11 komanda mübarizə aparacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər