Şou biznes
Məşhur serialın ulduzu gizli toy edib
Məşhur "Böyük şəhərdə seks" serialındakı rolu ilə tanınan aktrisa Kim Kettrall sevgilisi Rassel Tomas ilə gizli olaraq ailə qurub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "People" nəşri məlumat verib. Aktrisanın həyat yoldaşı ondan 14 yaş kiçikdir - qadının 69, R.Tomasın isə 55 yaşı var. Mərasimdə ancaq cütlüyün ən yaxın dostları və ailə üzvləri - cəmi 12 nəfər iştirak edib. Bu, Kettrallın dördüncü evliliyidir. Cütlük münasibətlərini rəsmiləşdirmək qərarına gəlməzdən əvvəl təxminən 10 il görüşüblər. Onlar 2016-cı ildə tanış olublar. Kettrallın övladı yoxdur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az